AFFA-nın inzibati binasında Azərbaycan çempionatının I Divizonunun mükafatçılarının təltifolunma mərasimi keçirildi. Qol.Az-ın PFLin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iştirak edirdi. Mərasimi açan elan edən PFL-in İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Asif Bağırov ardınca sözü Ramin Musayevə verdi. Mükafatçıları salamlayan PFL prezidenti daha sonra aşağı dəstəni unutmadıqlarını dilə gətirdi: "Sizlərlə görüşməyimin əsas səbəbi bir-birimizi yaxından tanımaqdır. Biləsiniz ki, aşağı dəstə həmişə bizim nəzarətimiz altındadır. Çünki sizsiz bizim çempionatın keçirilməsi mümkün deyil. Məhz birinci divizionda mübarizə aparan klubların sayəsində Premyer Liqa komandalarına oyunçular yetişdiriləcək. XVIII çempionatda Premyer Liqa klublarının heyətində sizin yetirmələrinizin də yer alacağına ümidvaram".
Ramin Musayev daha sonra əsasnamədə edilən dəyişikliyə aydınlıq gətirdi: "Bununla bağlı, klub rəhbərləri və sponsorlarla danışıqlarımız oldu. Onlar rəhbərlik və sponsorluq etdikləri komandaların XVIII Premyer Liqada çıxış etməyə hazır olmadıqlarını bildirdilər. PFL birinci diviziondan hansısa komandanın elitaya yüksəlməsində maraqlıdır. Bu cür olsaydı, əlavə söz-söhbətlər də yayılmazdı. Ancaq zamanla ayaqlaşmaq üçün klub rəsmiləri ilə razılaşdıq. PFL-də bununla bağlı, onların yazılı məlumatları da var. Hətta "Şahdağ" məktubunda klubun özünəməxsus stadionunun yalnız XVIII çempionatın sonunda hazır olacağını bildirib. Ona görə də əsasnamədə dəyişiklik edildi".
PFL prezidentinin çıxışından sonra söz AFFA-nın baş katibi Elxan Məmmədova verildi. Assosiasiya rəsmisi də son mövsümün həqiqətən də gərgin keçdiyini vurğuladı: "AFFA rəhbərliyi adından hər birinizi salamlayıram. Mövsümü mükafatçılar sırasında bitirmiş komandaları təbrik edirəm. Çempionat həqiqətən də gərgin keçdi. Mükafatçılar sırasında yer alan üç komanda eyni sayda xal topladı. Bu da rəqabətin artmasından xəbər verir. Azərbaycan futbolu beynəlxalq arenada tanınmalı, öz sözünü deməlidir. Növbəti mövsümdən Premyer Liqa yeni formatda mübarizə aparacaq. Artıq 14 deyil, 12 komanda qalib adı uğrunda yarışacaq. Belə olan halda, bu il 13-14-cü pilləni tutan komandalar birinci divizionda çıxış edəcəklər. Bu da aşağı dəstədəki rəqabəti gücləndirəcək. Birinci diviziondan Premyer Liqaya bu il komandanın gəlməməsi təəssüfləndirici haldır. Ancaq bu acı təcrübə təkcə bizdə olmayıb. Tarixə müraciət edərkən, müxtəlif illərdə aparıcı ölkələrin çempionatlarında da bu cür hallarla rastlaşmaq mümkündür. Yəni komandalar növbəti dəstəyə hazır olduqdan sonra çıxmağı məqbul sayırlar. Premyer Liqada səviyyənin artmasının şahidi olduq. Klublara da peşəkarlıq yolunda uğurlar arzulayıram".
Çıxışlar başa çatdıqdan sonra əvvəlcə müxtəlif nominasiyalar üzrə mövsümün ən yaxşı futbolçuları mükafatlarına qovuşdular. Beləliklə, mövsümün ən yaxşı qapıçısı nominasiyasına Ruslan Qafarov layiq görüldü. 28 oyunda 29 top buraxan qolkiper "Şahdağ"ın qapısını qoruyur. Mövsümün ən yaxşı oyunçusu isə "ABN-Bərdə"nin formasını geyinən Bəxtiyar Fəzailov seçildi. Ən sərrast futbolçu nominasiyası üzrə isə 2 futbolçu fərqləndi. Belə ki, "Qafqaz Universiteti"ndən Bəhruz İsmayılov, "Anşad-Petrol"dan isə Vasif Əliyev fərdi mükafatın sahibi oldu. Ardınca "ABN-Bərdə", "Şahdağ" və "Anşad-Petrol" klubları müvafiq olaraq, qızıl, gümüş və bürünc medallara layiq görüldülər. Çempiona kubok da hədiyyə edildi.
Sonda "ABN-Bərdə"nin baş məşqçisi Əli Quliyev və "Anşad-Petrol"un vitse-prezidenti Vidadi Məmmədov çıxış edərək PFL və AFFA rəhbərliyinə futbolun inkişafı istiqamətində gördüyü işlərə görə təşəkkür etdilər.
Əvəzedici heyətlərə də mükafatlat təqdim olundu. Yarışın qalibi - "Neftçi" klubuna qızıl medallar Respublika Olimpiya İdman Litseyində verildi. Klubun oyunçusu Cavid İmamverdiyev yarışın ən yaxşı oyunçusu seçildi. Ölkə çempionatın gümüş mükafatına "Qarabağ" klubu layiq görüldü. Komandanın qolkiperi Osman Umarov isə çempionatın ən yaxşı qapıçısı üçün təsis olunmuş xüsusi mükafata layig görüldü. "Bakı" klubunun üzvləri bürünc medallarla təltif olundular. "Olimpik" klubunun şərəfini qoruyan Arzuman Vəliyev 14 qolla əvəzedicilərin turnirinin ən sərrast oyunçusu mükafatını qazandı.
Ronaldonun yeni müqaviləsinin detalları bəlli oldu
Reşford "Barselona"ya şərt qoydu
"Arsenal"ın futbolçusu üçün mövsüm erkən bitdi
"Aston Villa" "Borussiya" ilə anlaşdı - Rəsmi
Emre Belözoğlunun təyinatı rəsmiləşdi - Yenilənib
PSJ Kvaratsxeliya ilə anlaşdı
“Neftçi”dən qışın ilk transferi - Rəsmi
“Sevilya”nın futbolçusu həbs olundu
"Arsenal" danışıqlarda irəlilədi
“Min oyun və min mətbuat konfransından sonra…”
Laporta: "Bizə hər tərəfdən hücum etdilər"
Azərbaycan millisinin üzvü Türkiyə klubundan ayrıldı
"Barselona"dan rəsmi açıqlama
Superliqa klubunda yeni baş məşqçi
Azərbaycan millisinə yeni baş məşqçi təyin edildi
"Qarabağ"la oyunqabağı iddialı açıqlama
"Mançester Siti" 40 milyona 18 yaşlı futbolçu alır
FİFA La Liqanın 2 klubuna sərt cəza tətbiq etdi
"Borussiya"nın futbolçusu Premyer Liqa klubunda
"Real"ın şikayəti rədd edildi
“Qarabağ”ın 5 milyonluq müqaviləsindəki mühüm detal
"Neftçi" daha bir legioneri göndərdi - Rəsmi
Qışda “Nürnberq”i kimlər tərk edəcək? - Klozedən açıqlama
"Barselona"da ciddi itki
Qvardiola həyat yoldaşından ayrıldı
Xames Rodriqes klubunu dəyişdi - Rəsmi
“Əl-Nəsr” fantastik təklif etdi, Ronaldo razılaşdı
Juninyo Braziliyada belə qarşılandı - Video
“Fənərbaxça” 3 xalı 3 qolla qazandı - Video
“Tottidən çox şey öyrənmişəm” - “Neftçi”nin legioneri
“Göztəpə”dən darmadağın, “Fənərbaxça”dan səfər qələbəsi
"Milan"nın sabiq futbolçusu karyerasını bitirdi