Qurban Berdıyev Qazaxıstanda çalışa bilər

Qurban Berdıyev Qazaxıstanda çalışa bilər
XƏBƏR 11 Dekabr 2012 / 14:58 1868
-  A +

Kazanın “Rubin” klubunun baş məşqçisi Qurban Berdıyev 2013-cü ilin yanvar ayından Qazaxıstan Futbol Federasiyasında fəaliyyətə başlaya bilər.

Qol.Az-ın Rusiyanın “Sport-Ekpress” qəzetinə istinadən yaydığı xəbərə görə, Berdıyevə federasiyada bütün idman layihələrinin direktoru vəzifəsi təklif olunub.

Məqsəd 2016-cı ilə qədər Qazaxıstan milli komandasının səviyyəsini yüksəltməkdir. Belə olarsa, bundan sonra ölkə millisi 2020-ci ildə Avropa çempionatının final mərhələsinə düşmək uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Q.Berdıyevin “Rubin”lə müqaviləsi dekabrın sonunda başa çatır.

 

Daha çox


Son xəbərlər