Cihan Özkara oynamadı, komandası qələbə qazandı

Cihan Özkara oynamadı, komandası qələbə qazandı
XƏBƏR 11 Dekabr 2012 / 00:22 1321
-  A +

Millimizin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu "Erciyesspor" klubu bu gün Türkiyə birinci liqasında növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Özkaranın komandası XV tur çərçivəsində səfərdə "Karşıyaka" klubu ilə qarşılaşıb.

Matç qonaqların qələbəsi ilə başa çatıb. Fasiləyə 2:2 hesabı ilə yollanan komandaların duelində ikinci hissədə daha iki qol olub. Bu görüşdə 4:2 hesabı ilə qələbə qazanan "Erciyesspor" liderliyini bir qədər də möhkəmlədib.

Qeyd edək ki, matçın "18"liyində yer alan Özkara bu oyunda meydana çıxmayıb. 

 

Daha çox


Son xəbərlər