Arsen Venger "Liverpul"un oyunçusunu istəyir

Arsen Venger "Liverpul"un oyunçusunu istəyir
XƏBƏR 10 Dekabr 2012 / 01:19 2092
-  A +

"Arsenal" klubunun baş məşqçisi Arsen Venger qışda daha bir futbolçunu komandasında görmək istəyir.

Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, fransız mütəxəssis Tyeri Anrinin ardından "Liverpul"dan Stüart Dauningi də transfer etməyi planlaşdırır. 

"Arsenal" rəhbərliyi 28 yaşlı futbolçunun transferi üçün 10 milyon funt-sterlinq xərcləməyə hazırdır. "Liverpul"un əsas heyətindən kənarda qalan Dauning də Vengerin təklifini müsbət qarşılayıb. Tərəflər arasında razılıq əldə olunacağı təqdirdə ingilis futbolçu yanvar ayından "Arsenal"da çıxış edəcək.

Qeyd edək ki, Dauning 2011-ci ildə 20 milyon funt-sterlinq müqabilində "Aston Villa"dan "Liverpul"a transfer olunmuşdu.

 

Daha çox


Son xəbərlər