"Kəpəz"in kapitanı: "Zəif oynayıb uduzduq"

XƏBƏR 9 Dekabr 2012 / 14:41 1357
-  A +

Premyer Liqanın XVI turunda “Qarabağ”a məğlubiyyət “Kəpəz”in kapitanı Azər Məmmədova pis təsir edib.

Qol.Az-ın məlumatına görə, təcrübəli müdafiəçi klubunun rəsmi saytına qısa açıqlamasında bunu açıq-aşkar büruzə verib: “Məncə, çox danışmağa ehtiyac yoxdu. Hamı oyunu izlədi. Rəqib bizdən güclü idi və qələbə qazandı. Özümüzə gəlincə, zəif oynayıb uduzduq”.

Qeyd edək ki, “Kəpəz” “Qarabağ”a 1:3 hesabı ilə uduzub.

Daha çox


Son xəbərlər