Benzema: "Çempionluq yarışı hələ bitməyib"

Benzema: "Çempionluq yarışı hələ bitməyib"
XƏBƏR 9 Dekabr 2012 / 00:01 1681
-  A +

"Real" (Madrid) klubunun hücumçusu Kərim Benzema komandasının La Liqadakı çempionluq şanslarını dəyərləndirib.
 
Qol.Az-ın məlumatına görə, "AS" qəzetinə danışan fransız futbolçu çempionluq yarışının hələ bitmədiyini bildirib:

"Çempionluq yarışının bitdiyinə inanmıram. "Betis" məğlubiyyəti bizim üçün şok olmuşdu. Ancaq ardından "Atletiko"nu məğlub etməklə əhval-ruhiyyəmiz yüksəldi. "Barselona" ilə aramızda 11 xallıq fərq var. Lakin bu fərqi aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik. Bundan sonra xal itkisinə yol verə bilmərik".

Qeyd edək ki, "Real" 14 turdan sonra 29 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 

Daha çox


Son xəbərlər