Ramiz Məmmədov: "Onun barəsində tədbir görəcəyik"

Ramiz Məmmədov: "Onun barəsində tədbir görəcəyik"
XƏBƏR 8 Dekabr 2012 / 16:35 2693
-  A +

"Futbolçularımı təbrik edirəm, verdiyim tapşırıqları yerinə yetirdilər, qələbə qazandıq. Təəssüf ki, Çertoqanov qırmızı vərəqə alaraq komandanı azlıqda qoydu. Onun barəsində tədbir görəcəyik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Ramiz Məmmədov "Sumqayıt"la oyundan sonra (1:0) keçirilən mətbuat konfransında deyib.

R.Məmmədov komandasının oyunundan narazı qaldığını bildirib: "Bakı" ilə oyunda itirdiyimiz üç xalı bu gün geri qaytardıq. Son turdakı acı məğlubiyyət uşaqları mənəvi cəhətdən “sındırmışdı”. Futbolçularla fərdi söhbət etmişdim, psixoloji gərginlikdə idilər. Bugünkü oyundan razı qalmasam da, nəticə məni qane edir. Hal-hazırda çempionatın elə zamanıdır ki, bizə əsas nəticə lazımdır”.

Daha çox


Son xəbərlər