Didye Droqba yenidən "Çelsi"yə qayıtdı

Didye Droqba yenidən "Çelsi"yə qayıtdı
XƏBƏR 7 Dekabr 2012 / 04:05 3731
-  A +

Ötən mövsüm "Çelsi"nin heyətində Çempionlar Liqasını qazanan Didye Droqba yenidən Londona qayıdıb.

Qol.Az-ın məlumatına görə, Fil Dişi Sahili yığmasının hücumçusu bundan sonra sabiq komandasında məşq keçəcək.

"Şanxay Şenhua" klubunun futbolçusu Çin çempionatının başa çatmasının ardından formasını saxlamaq üçün bir müddət "Çelsi"də məşqlərə qatılacaq. 34 yaşlı futbolçu "Çelsi"nin azarkeşləri tərəfindən böyük coşqu ilə qarşılanıb.

Qeyd edək ki, Droqbanın yenidən "Çelsi" ilə müqavilə imzalayacağı da istisna olunmur.


Son xəbərlər