Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyada "İnter"lə 2:2 bərabərə qalan "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Azərbaycanın bütün futbolsevərlərini salamlayırıq. Onlara öz təbriklərimizi çatdırırıq. Neçə ildir ki, Azərbaycan futbolu uğursuzluqlardan əziyyət çəkirdi. Bu gün isə "Neftçi" klubu İtaliyada "İnter"ə qarşı gözəl oyun nümayiş etdirdi və rəqiblə bərabərə qaldı. Mən bu sözü dəfələrlə təkrarlamışam. Bir şey ki, reallıqdı, buna niyə inanmayaq?
- "İnter" bu gün hansı cəhətinə görə "Neftçi"dən fərqlənirdi?
- Bəzi qol epizodlarımız oldu. Əgər Vobay Flavinyonu başa düşə bilsəydi, hesab başqa cür də ola bilərdi.
- Mətbuat konfransına hansı əhval-ruhiyyədə gəlmisiniz?
- Məni bu həyatda heç nə ilə təəccübləndirmək olmaz. Bu hesabdan sonra belə şokda deyiləm.
- "Neftçi"nin Avroliqanın qrup mərhələsindəki çıxışı Azərbaycan futboluna nə verdi? Sizcə, bu, artıq inkişafdı, yoxsa inkişafa gedən yoldur?
- Futbolumuzda inkişaf ləng gedir. Ancaq bu gün hər şey göz qabağındadır. Bu uğur ölkə prezidentinin idmana göstərdiyi qayğının bariz nümunəsidir. Bu uğur Rövnəq Abdullayevin AFFA-ya düzgün rəhbərliyindən irəli gəlir. "Neftçi" futbolumuzun flaqmanıdır. Bütün klub prezidentlərinə tövsiyə edərdim ki, gəlib Sadıq Sadıqovdan təsnifat kursları öyrənsinlər.
- Siz Böyükağa Hacıyev olaraq Azərbaycan millisinin baş məşqçiliyi postuna iddianızı ortaya qoyursunuzmu?
- Millinin baş məşqçisi olmaq şərəfdir. Siz bilirsiniz ki, millinin başı bəlalıdır. Foqts müəllim yerində möhkəm oturub. Mən onun işinə maneçilik törətmək istəmirəm. Amma çox güman ki, Azərbaycanı tərk edəcəyəm.
"İmişli"dən "Şəfa"ya
2-ci liqada 4 oyun
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido