Karles Bakes: "Gərək on qol epizodu yaradaq ki..."

Karles Bakes: "Gərək on qol epizodu yaradaq ki..."
XƏBƏR 6 Dekabr 2012 / 18:35 2966
-  A +

"Həmkarımla razıyam, hər iki komanda taktiki cəhətdən gözəl oyun göstərdi. Qol imkanlarına görə qələbəyə layiq tərəf idik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Karles Bakes "Bakı" ilə oyundan sonra (1:1) keçirilən mətbuat konfransıda deyib.

İspaniyalı mütəxəssis hücumlar zamanı bitirici vuruşların alınmamasından gileylənib: "Rəqibin mümkün əks-hücumlarının qarşısını almaq üçün çalışmışdıq. Hücumlar zamanı cinahlardan daha çox istifadə edirik, lakin bitirici vuruş alınmır. Gərək on qol epizodu yaradaq ki, bunun birindən yararlana bilək. Bu problemi aradan qaldırmaq üçün məşqlərdə daha çox işləməli, sona kimi hazırlaşmalıyıq”.

Son xəbərlər