Amit Quluzadə: “Rəvan”da qalmağımın nə mənə, nə də onlara xeyiri olacaqdı”

Amit Quluzadə: “Rəvan”da qalmağımın nə mənə, nə də  onlara xeyiri olacaqdı”
XƏBƏR 6 Dekabr 2012 / 14:00 1732
-  A +

“Neçə vaxtdır ki, “Rəvan”dan ayrılmaq istəyirdim. İstəmədim ki, qış fasiləsinə qədər komandada qalım. Çünki bunun nə mənə, nə də  “Rəvan”a xeyiri olacaqdı. Düzdü, rəhbərlikdən çox təkid etdilər ki, komandada qalım. Ancaq mənim fikrim qəti olduğu üçün getdim. Artıq klubla qarşılıqlı razılıq şəklində ayrıldıq”.

Bu sözləri Qol.Az saytına açıqlamasında “Rəvan”la yolları rəsmən ayıran Amit Quluzadə deyib. O qeyd edib ki, artıq bir sıra yerli və xarici klubdan təklif alıb.

“Hələ  hansı klubda oynayacağım haqda fikirləşmək üçün yetərincə vaxtım var. Hansı daha sərfəli olarsa, ona üstünlük verəcəyəm” – deyə o bildirib.

 


Son xəbərlər
topaz banner