İtaliya səfiri "İnter" - "Neftçi" oyununa proqnoz verdi

XƏBƏR 6 Dekabr 2012 / 13:56 2744
-  A +

İtaliyanın Azərbaycandakı səfiri Mario Baldi bu gün Milanda keçiriləcək "İnter" - "Neftçi" oyununun 1:1 hesabı ilə başa çatacağını proqnozlaşdırır. "Trend"in məlumatına görə, bu barədə Baldi jurnalistlərə deyib.

Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində "İnter" bu gün doğma "Cüzeppe Meatsa"stadionunda "Neftçi"ni qəbul edəcək.

"İnter" Bakıya səfər matçına gələndə stadiondan oyunu izləmişəm və "İnter"in qalib gəldiyinə çox sevindim. Ümid edirəm ki, bu gün yaxşı matç olacaq və oyunun 1:1 hesabı ilə başa çatacağını gözləyirəm", - deyə Baldi vurğulayıb.

Son xəbərlər