Messi: “Zədəm ciddi deyil”

Messi: “Zədəm ciddi deyil”
XƏBƏR 6 Dekabr 2012 / 12:05 2770
-  A +

Çempionlar Liqasının “Benfika”ya qarşı keçirilən oyununun 85-ci dəqiqəsində zədələnərək meydanı tərk etmək məcburiyyətində qalan “Barselona”nın hücumçusu Lionel Messi hazırda durumun yaxşı olduğunu deyib.

Qol.Az-ın məlumatına görə, argentinalı ulduz “Catalunya Radio”ya müsahibəsində deyib: “İndi belə hiss edirəm ki, zədəm ciddi deyil. Amma her şey tibbi müayinədən sonra bilinəcək”.

Yeri gəlmişkən, həmin epizod zamanı Messinin reaksiyasından belə görsənib ki,  futbolçu uzun  müddətə sıradan çıxacaq.


Son xəbərlər
topaz banner