Bu gün “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev dekabrın 6-da “İnter”ə qarşı Avropa Liqasının qrup mərhələsində keçirəcəkləri oyunla bağlı mətbuat konfransı keçirib.
Qol.Az-ın Milana ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, B.Haciyev deyib ki, o sabahkı görüşdə də hücum futbolu oynadacaq.
- Nə qədər ki, Böyükağa Hacıyevin nəfəsi gedir, hücum futbolundan əl çəkməyəcəyəm. Baxmayaraq ki, “Qarabağ”a uduzduq, yenə də bu taktikamdan vaz keçməyəcəyəm. Mən müdafiəçimiz Tərlan Quliyevə inanıram. Əgər bu gün yanımda oturubsa, deməli, ona güvənirəm.
- Sabahkı oyunda “Neftçi” nəyə ümid edir?
- Məgər, Allah insanları potensial imkanları bərabər vermir? “İnter”dəkilərin bizdən nəyi fərqlidir? Düzdür, İtaliya futbol ölkəsi kimi tanınır. Amma biz də Azərbaycandan gəlmişik. Sabah “Neftçi” “Cüzeppe Meatsa”da gözəl futbol oynayacaq. İnanın bizə. Etimadınızı yerə vurmarıq.
- “Neftçi”nin futbolçuları ilə maraqlanan klublar varmı?
- Mən dekabrın 25-dən sonra açıqlama verəcəyəm ki, bizim futbolçularla hansı güclü klublar maraqlanır. Azərbaycanda istənilən qədər futbolçu var. Bir sıra naftalan iyi verən futbolçulardan uzaqlaşmaq lazımdır. Nazim Süleymanov da burdadır. O da bilir ki, gənc futbolçulara güvənməyin vaxtı çatıb.
- “Neftçi”dəki faəliyyətinizə necə qiymət verərdiniz?
- Mən özüm-özünə qiymət verməyi sevmirəm. Həmişə zirvə üçün vuruşuram. Allahdan arzu edirəm ki, bundan sonra bütün azərbaycanlı məşqçiləri Avroliqada oynamağı nəsib etsin. Legionerlərə yox a, ancaq özümüzünkülərə. Mən düzgün tənqidi sevirəm. Əgər gələn il məşqçilərimiz mənim uğurlarımı təkrarlasalar, həmin gün iki qurban kəsəcəyəm.
- Komandanıza yeni tranferlər niyə həyata keçirilmədi?
- Biz “Apoel”i udandan sonra mənə təkliflər oldu ki, komandaya transferlər edək. Amma gec idi. Leninin ağıllı bir fikri var: “Axmaq o adam deyil ki, səhv edir. Ancaq axmaq o adamdır ki, bir səhvi iki dəfə təkrar edir”. Yeni futbolçular gəlsəydi belə, onların komandaya uyğunlaşmağı çətin olacaqdı.
- Siz əminsiniz ki, sabah “İnter” “Neftçi”yə qarşı gənclərlə oynayacaq?
- Kassano, Kambiasso, Kautinyo da sabah oynasa, biz yenə öz oyunumuzu oynayacağıq.
"İmişli"dən "Şəfa"ya
2-ci liqada 4 oyun
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək