Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində "Kəpəz"lə qarşılaşacaq "Qarabağ" klubu bu oyunun hazırlıqlarına başlayıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, cəmi bir həftə öncə Gəncədə, kubok çərçivəsində üz-üzə gələn tərəflər bu dəfə ölkənin mərkəzi arenasında qarşılaşacaqlar.
"Qarabağ" "Kəpəz"lə oyuna tam heyətlə hazırlaşır. "Neftçi"ylə oyunda Qara Qarayev ayağından xəsarət alsa da, yarımmüdafiəçinin vəziyyətinin ciddi olmadığı aşkarlanıb. 20 yaşlı Qara bu gün 13:30-da Suraxanı qəsəbə stadionunda baş tutan çalışmada iştirak edib.
Qurban Qurbanovun komandası sabah sonuncu çalışmayla "Kəpəz"lə oyunun hazırlıqlarını tamamlayacaq.
Qeyd edək ki, "Qarabağ" - "Kəpəz" oyunu dekabrın 7-si, cümə günü 16:00-da Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq.
Ağstafadakı bərabərlik - Video
"Milan" ayrılığı açıqladı
"Real" Endriki icarəyə verdi
"Mançester Yunayted"in 7 hədəfi
İlin ən yaxşısı seçildi
Göygöldəki 7 qol - Video
"Milan" 18 yaşlı hücumçu transfer etdi
Stankoviçin təyinatı açıqlandı
2-ci liqada ilin son oyunları keçirildi
“Zəfər” Liqasında qalib müəyyənləşdi
"Qarabağ" seneqallı hücumçu üçün təklif göndərib
"Neftçi"də səbrlə gözləmək adəti yoxdur" - Qriqorçuk
"Zaqatala"ya texniki məğlubiyyət verildi
"Zirə"nin qış hazırlıq planı bilindi
Səbuhi Abdullazadə: "Xal qazanmaq üçün əzmkarlıq çatmadı"
Kapitan 100-ü yarıladı
Rafinya Alkantara 32 yaşında karyerasını başa vurdu
FİFA qadağanı ləğv etdi