Fatih Terim Azərbaycanla oyun haqda danışacaq

XƏBƏR 29 May 2009 / 20:13 2308
-  A +

İyunun 2-də millimizlə yoldaşlıq görüşü keçirəcək Türkiyə komandasının baş məşqçisi Fatih Terimin oyundan bir gün əvvəl – iyunun 1-də yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) «Kadir Has» stadionunda mətbuat konfransı təşkil olunacaq. Həmin gün yerli vaxtla saat 19:30-da isə Türkiyə millisi «Kadir Has» stadionunda məşq edəcək. Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.
Məlumatı AFFA-nın rəsmi saytı yayıb.


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner