AFFA "Xəzər Lənkəran"ın qapıçısını bağışladı

AFFA "Xəzər Lənkəran"ın qapıçısını bağışladı
XƏBƏR 5 Dekabr 2012 / 17:32 2522
-  A +

Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda “Xəzər Lənkəran” FK-nın müraciətinə baxılıb.

Müzakirələrdən sonra aşağıdakı İntizam Komitəsinin “Xəzər-Lənkəran” klubunun qapıçısı Kamal Bayramov barədə qərarı qismən dəyişdirilib. Kamal Bayramov intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılıb, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunub. 6 aylıq sınaq müddəti ərzində Kamal Bayramov analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə ediləcək.

Son xəbərlər