"Kəpəz" "Qarabağ"la oyuna hazırlaşır

"Kəpəz" "Qarabağ"la oyuna hazırlaşır
XƏBƏR 5 Dekabr 2012 / 03:42 1233
-  A +

Dekabrın 3-də yüngül məşq keçən "Kəpəz" klubu ötən gün istirahət edib.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Mahmud Qurbanov futbolçulara dincəlmək imkanı yaradıb.
 
“Kəpəz” bu gündən etibarən Premyer Liqanın XVI turu çərçivəsində səfərdə qarşılaşacağı “Qarabağ”la oyunun hazırlıqlarına başlayacaq.
 
Məşq prosesi klubun bazası olan Gəncə şəhər stadionunun əsas meydançasında keçiriləcək.

Qeyd edək ki, "Qarabağ" - "Kəpəz" oyunu dekabrın 7-də, saat 16:00-da başlayacaq.

Son xəbərlər