Avropa Liqasında oynayacaq dörd komanda bəlli oldu

XƏBƏR 5 Dekabr 2012 / 02:11 2099
-  A +

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutan 8 oyundan sonra Avroliqaya vəsiqə qazanan 4 komandanın adına aydınlıq gəlib.

Qol.Az-ın məlumatına görə, A, B, C və D qruplarında üçüncü pillələri tutan Dinamo (Kiyev, Ukrayna), "Olimpiakos" (Yunanıstan), "Zenit" (Rusiya) və "Ayaks" (Hollandiya) komandaları Avroliqada iştirak etmək hüququ qazanıblar.

Qeyd edək ki, ÇL-dən Avroliqaya gedəcək daha 4 komandanın adı isə bu axşam bəlli olacaq.


Son xəbərlər