Yığmamızın "Avro-2014"dəki rəqibləri müəyyənləşdi

Yığmamızın "Avro-2014"dəki rəqibləri müəyyənləşdi
XƏBƏR 4 Dekabr 2012 / 17:42 2531
-  A +

Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.
 
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, mübarizəyə əsas seçmə mərhələdə başlayacaq millimiz püşkün nəticəsinə əsasən, 2-ci qrupda Slovakiya, Bosniya və Herseqovina yığmaları, həmçinin ilkin seçmə mərhələnin F qrupunun qalibi ilə qarşılaşacaq.

İlkin seçmə mərhələnin F qrupunda Albaniya, Norveç, İsveçrə və Danimarka yığmaları mübarizə aparacaq.

Qeyd edək ki, millimizin yer aldığı 2-ci qrupun oyunları 2013-cü il martın 27-dən 30-dək Slovakiyada keçiriləcək.

 


Son xəbərlər