Millinin qapıçısı: "Tələsmək məsləhət deyil"

Millinin qapıçısı: "Tələsmək məsləhət deyil"
XƏBƏR 4 Dekabr 2012 / 17:25 2072
-  A +

“Sumqayıt” klubu Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində Bayıl Arena-da qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlıqlarına start verib.

Qol.Az-ın məlumatına görə, millinin Şimali İrlandiya ilə keçirilmiş görüşündə zədələnən klubun qapıçısı Səlahət Ağayev hazırlıq prosesi və zədəsi ilə bağlı klubun rəsmi saytına danışıb:

“Hazırlığımız normal şəkildə davam edir. Bu gün komandada istirahət günüdür. Sabahdan yenidən məşqlərimizi bərpa edəcəyik. Əsas məqsədimiz "Qəbələ" ilə görüşdən qalib ayrılmaqdır. Zədəli olsam da, komanda ilə birlikdə hazırlığımı davam etdirirəm. Sabah barmağımdakı gips açılacaq. Bundan sonra növbəti dəfə həkim müayinəsindən keçəcəm. Hər şey yaxşı olsa, “Qəbələ” ilə qarşılaşmada meydana çıxacam. Açığı, tələsmək məsləhət deyil. “Sumqayıt” FK-nun azarkeşləri rahat olsunlar. Çünki, məndən başqa, komandada Elçin Sadıqov və Anar Məhərrəmov kimi iki istedadlı qapıçı var. Elçin AZAL və “Simurq”la keçirilmiş son iki görüşdə olduqca inamlı təsir bağışlayıb”.

Son xəbərlər