“Neftçi” ilə oyunda bütün komanda yaxşı çıxış elədi. Mən özümü bu barədə fərqləndirməzdim. Azarkeşlərin şüarlarını eşitdim”. Qol.Az-ın məlumatına görə, bu fikirləri “Qarabağ”ın futbolçusu Bədavi Hüseynov klubunun rəsmi saytına açıqlamasında deyib.
Premyer Liqaın ötən tur “Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri oyunda 21 yaşlı müdafiəçi yaxşı təsir bağışlayıb. Azarkeşlər millimizin üzvü haqda matç zamanı “Bədavi keçilməz, “Qarabağ” yenilməz” şüarını səsləndiriblər: “Onların rəğbətini qazanmaq mənə çox xoş oldu və hər birinə öz təşəkkürümü bildirirəm. Neçə oldu bunu qazandım? Bütün oyunlarda sona qədər mübarizə aparıram. Bəlkə, bu, azarkeşlərin diqqətini cəlb edib”.
Hüseynov “Qarabağ”a gələndə elə ciddi problem yaşamadığını söyləyib: “Milli futbolçularla öncədən tanışlığım vardı. Ümumilikdə, bütün komanda məni çox istiqanlı qarşıladı. Qurban Qurbanov mənimlə xüsusi maraqlandı. İlk oyunda meydana çıxanda bir qədər həyəcanım vardı. Hər halda, çempionluğa oynayan, ciddi hədəfləri olan komandaya gəlmişdim. Amma oyundan-oyuna özünəminlik daha da artdı”.
Hüseynov Rəşad Sadıqovun yoxluğunda müdafiənin mərkəzində birgə oynadığı albaniyalı Admir Teliylə oynamağın üstünlük verdiyini deyib: “Hiss olunur ki, Teli çox təcrübəlidir, daim mənə dəstək olur. Ümumilikdə, bütün komanda olduqca mehribandır. Hamı eyni hədəf üçün çalışır. İnanıram ki, bu birliyimiz sonda öz nəticəsini verəcək. Konkret hədəfə gəlincə, həm ölkə çempionatında, həm də kubok da sona qədər mübarizə aparıb, maksimum nəticə qazanmağa çalışacağıq”.
"İmişli"dən "Şəfa"ya
2-ci liqada 4 oyun
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video