Berti Foqtsdan təzə xəbər

XƏBƏR 29 May 2009 / 17:10 2425
-  A +

Xəbər verdiyimiz kimi, iyunun 2-də Kayseri şəhərindəki «Kadir Has» stadionunda Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Oyundan bir gün əvvəl – iyunun 1-də yerli vaxtla saat 12:30-da (Bakı vaxtı ilə saat 14:30) Kayseridəki «Hilton» otelində millimizin baş məşqçisi Berti Foqtsun mətbuat konfransı təşkil ediləcək. Həmin gün yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 19:00) millimiz «Kadir Has» stadionunda məşqə çıxacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.

Məlumatı AFFA-nın rəsmi saytı yayıb.


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner