"Erciyesspor" Cihan Özkarasız məğlub oldu

"Erciyesspor" Cihan Özkarasız məğlub oldu
XƏBƏR 4 Dekabr 2012 / 02:11 1238
-  A +

Millimizin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu "Erciyesspor" klubu bu gün Türkiyə birinci liqasında növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Özkaranın komandası XIV tur çərçivəsində səfərdə “Adanaspor” klubu ilə qarşılaşıb.

Görüş qonaqların qələbəsi ilə başa çatıb. Fasiləyə 0:0 hesabı ilə yollanan komandalar ikinci hissədə 3 dəfə fərqləniblər - 1:2. Bu məğlubiyyətə baxmayaraq, "Erciyesspor" 27 xalla liderliyini davam etdirir.

Qeyd edək ki, Cihan Özkara bu görüşdə meydana çıxmayıb.


Son xəbərlər