Rusiyanın “Anji” klubu yeni super transferi etmək ərəfəsindədir.
Qol.Az-ın İngiltərənin “Mirror” nəşrinə istinadən verdiyi məlumata görə, dünya və Avropa çempionu Fernando Torres qış transfer dövründə Mahaçqala komandasına düşərgəsinə keçə bilər.
Məlumata görə, tərəflər qışda anlaşa bilməsələr, müqavilənin gələn yay imzalanması mümkündür. Bu keçidin baş tutma ehtimalı ilk baxışdan göründüyü kimi heç də az deyil. “Anji” ispaniyalı hücumçunu almaq istəyən azsaylı klublardandır. Torresi 80 milyon dollara alan “Çelsi”nin indi onu bu qədər məbləğə satması qeyri-mümkündür. Çətin ki, London klubu onu qəpik-quruşa da buraxsın. Lakin “Anji” istənilən məbləği ödəməyə hazırdır.
Digər tərəfdən, “Anji”nin hazırkı baş məşqçisi Quus Hiddinklə “Çelsi”nin sahibi Roman Abramoviç arasında yaxşı münasibətlər var ki, bu da anlaşma ehtimalını artırır. Amma Hiddinkin yayda karyerasını bitirəcəyi barədə açıqlama verməsi onun Abramoviçlə tanışlığını həlledici amil saymağa əsas vermir.
Torres “Anji”də yüksək əmək haqqı alacaq. Hazırda 28 yaşında olan futbolçunun yüksək səviyyədə oynaması üçün bir neçə ili qalıb. Əgər onu əla tanıyan baş məşqçi Rafael Benitesin rəhbərliyi altında da uğurla çıxış edə bilməsə, “Çelsi” ispaniyalı forvardla yollarını ayıracaq.
Qeyd edək ki, Fernando Torreslə İspaniyanın bir neçə klubu, o cümlədən “Çelsi”dən öncə “Liverpul”a keçənədək çıxış etdiyi “Atletiko” da maraqlanır.
"İmişli"dən "Şəfa"ya
2-ci liqada 4 oyun
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video