Azərbaycan-İspaniya görüşünün hakimlərinin adları rəsmən açıqlandı

Azərbaycan-İspaniya görüşünün hakimlərinin adları rəsmən açıqlandı
XƏBƏR 29 May 2009 / 14:08 3115
-  A +

İyunun 9-da saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və İspaniya milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu ukraynalı hakimlər idarə edəcək. Qol.Az-ın AFFA-nın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə onların adları rəsmən açıqlanıb. Görüşün baş hakimi İqor İşenko olacaq. Ona həmyerliləri Oleq Plujnik və Oleq Muravyov kömək edəcəklər. Bir daha nəzərinizə çatdıraq ki, görüş saat 21:00-da başlanacaq.

Daha çox


Son xəbərlər