Quti: "Beşiktaş"da baş məşqçi işləmək istəyirəm"

Quti: "Beşiktaş"da baş məşqçi işləmək istəyirəm"
XƏBƏR 3 Dekabr 2012 / 18:54 2225
-  A +

"Beşiktaş" klubunun sabiq futbolçusu Quti Hernandez yenidən İstanbul komandasına qayıtmaq istədiyini bildirib.

Qol.Az-ın məlumatına görə, ispaniyalı futbolçu "Twitter" sosial şəbəkəsindəki səhifəsində "Beşiktaş"da baş məşqçi işləmək istədiyini açıqlayıb.

Quti bu fikrini futbolun içində qalmaq istəməsi ilə izah edib. Onun bu açıqlaması azarkeşlər arasında da böyük səs-küyə səbəb olub.

Qeyd edək ki, 2010-2011-ci illərdə "Beşiktaş"ın şərəfini qoruyan Quti keçirdiyi 23 oyunda cəmi 7 qola imza atmışdı.


Son xəbərlər