“Turan”dan qovulan qapıçı Andrey Popoviç onun barəsində komandanın baş məşqçisi Əfqan Talıbovun səsləndirdiyi fikirlərə münasibət bildirib.
Qeyd edək ki, Əfqan Talıbov Qol.Az saytına açıqlamasında Popoviçin həddən artıq spirtli içki içməsi, idman rejimini və daxili intizam qaydalarını pozması səbəbindən “Turan”dan uzaqlaşdırıldığını deyib.
Bu ittihamlara cavab olaraq Popoviç Qol.Az saytına etiraf edib ki, o, hərdən az olsa da spirtli içki qəbul edib: “Əfqan Talıbova demişdim ki, mənim oyunuma etirazınız varmı? Demişdi ki, yox. Mən də ondan izahat istədim ki, bəs, niyə belə addım atırsınız? O isə bildirdi ki, sən komandada ab-havanı pozursan. Mən demirəm ki, içməmişəm. Oyundan sonra 1-2 gün bizə istirahət verilən zaman bunu etmişəm. Daha onun dediyi kimi hər gün və yıxılana kimi içməmişəm. Bu, onun öz fikridir. Hətta mən komandadan gedəndə 10-a yaxın futbolçu Əfqan Talıbovun qərarına etiraz etdi. Əfqan Talıbov elə danışır ki, güya mən “alkaş”am. Burada bir anlaşılmazlıq var. O isə artıq qərarını verdiyini söyləyib. İndi yenidən “Bakı” ya qayıdıram. Klub rəhbərliyi və baş məşqçiylə söhbət edəcəyəm. Mən klubsuz qalan futbolçu deyiləm. Görək nə olacaq”.
Ölkə kubokun 1/8 finalında “Xəzər Lənkəran”ın futbolçusu Manuel Skarlatakeyə qarşı kobud oynaması ilə bağlı fikirlərə gəlincə, Popoviç deyib: “O, simulyasiya etdi. Videoyazıda isə elə görsənir ki, mən ona güclü zərbə vurmuşam. Əslində belə deyil”.
Əli HƏYATİ
"İmişli"dən "Şəfa"ya
2-ci liqada 4 oyun
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı