Böyükağa Hacıyev: "Azərbaycanda "Neftçi"nin rəqibi yoxdur"

Böyükağa Hacıyev: "Azərbaycanda "Neftçi"nin rəqibi yoxdur"
XƏBƏR 2 Dekabr 2012 / 20:27 4114
-  A +

Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzan "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.



"Qarabağ" yaxşı komandadır. Özünün yaxşı günlərini yaşamasa da, "yaralı aslan"dır. "Qarabağ" əvvəlki oyunlardan fərqli olaraq müdafiədən oynadı. Düzgün taktika seçmişdi. Məğlub olduq. Bununla belə, gələcəyə ümidlə baxırıq. "Neftçi"yə tay komanda elə "Neftçi"nin özüdür. Futbol səhvlər, namərdlər oyunudur. Məsuliyyət sırf mənimdir. Ola bilər hardasa səhvlərə yol verdim. İnanıram ki, futbolçularım toparlanacaqlar. "Neftçi"nin Azəbaycanda rəqibi yoxdur. May ayında mən bunu sizə sübut edəcəyəm.

- Rəşad Sadiqovdan çəkinirsiz?

- Mən həyatda yalnız Allahdan qorxuram. Ondan başqa heç kimdən qorxum yoxdur/ Mən onu oynadıram. Şans verirəm ki, Rəşad bu etimadımı doğrultsun. Rəşad Sadiqov "Qarabağ"dan gəlib. O hər dəqiqə "Qarabağ" üçün sürpriz edə bilərdi. 100 Rəşad Sadiqov olsa da, mən ondan çəkinmirəm. Mənim bütün futbolçuların qarşısında alnım açıqdır.

- Futbolçuların güdazına gedəcəyinizdən qorxmursunuz ki?

- Əgər hər hansı futbolçum sözümə baxmarsa, onu kəsib ataram.
Mən saman altında yatan məşqçilərdən deyiləm. Futbolçu mənim, mən isə Sadıq Sadıqovun ixtiyarındayam.

Son xəbərlər