Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində səfərdə "Neftçi"ni 1:0 hesabı ilə məğlub edən "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Bu gün vacib üç xal qazandıq. Ağır oyun oldu. "Neftçi" Avroliqada oynamaga layiqdi. Rəqibimiz topla yaxşı davrandı. Flavinyo və digər futbolçular çox yaxşı oynadılar. "Neftçi" fərqli oyun üslubuna malikdir və onlar hər oyuna qələbə üçün çıxırlar. Təsadüfi deyil ki, bu komandanın heç-heçəsi yoxdur. Oyuna gəlincə, rəqib sona qədər oynadı. Bu oyuna hazır idik. Top itkimiz çox oldu. Müdafiədə diqqətli oynadıq. Çempionata günü-gündən maraq artır. Komandalar güclənir. Kimin ilk "altılıq"da oynayacağı son turlarda müəyyənləşəcək. Yaxşı qələbə qazandıq.
- "Neftçi"dəki oyunçuların səviyyə fərqini qabardırsınız. Amma sizin komanda bu gün daha üstün oynadı...
- Yox. Belə deyil. "Neftçi"yə hörmətim var. Bu idmandır. Biz bir qola görə "Neftçi"dən üstün oynadıq.
- Sizə elə gəlmir ki, Əfran İsmayılov "Qarabağ" üçün artıq itirilmiş oyunçudur?
- Ola bilər biz onu əvvəlcədən itirmişdik. Amma indi qələbə qazandıq. Yenə də inanıram ona.
- Rauf Əliyev "Qarabağ"da qol da vura bilmir. Üstəlik meydanda az görünür.
- Xeyr. Az oynamır. Rəqiblərin səviyyəsi günü-gündən yüksəlir. Futbolçular da öz oyunlarından əlavə daha çox çalışmanı düşünməlidirlər.
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"