Messi rekordlara doymur
"Barselona" klubunun hücumçusu Lionel Messi Almaniya millisinin əfsanəvi futbolçusu Gerd Müllerin rekorduna şərik olub.
Qol.Az-ın məlumatına görə, 25 yaşlı futbolçu La Liqanın XIV turu çərçivəsində dünən "Atletik" (Bilbao) klubu ilə keçirilən oyunda (5:1) dubla imza atmaqla Müllerin 72 qolluq rekorduna çatıb.
Bununla yanaşı, Messi daha bir rekordun astasındadır. Belə ki, Messi ilin sonuna qədər daha 1 qol vuracağı təqdirdə alman futbolçu Gerd Müllerin növbəti rekorduna şərik çıxacaq. 2012-ci ildə 84 qola imza atan Messini yeni rekorddan bir qol ayırır. Argentinalı futbolçu qarşıdakı oyunlarda iki qol vurarsa, Müllerin 85 qolluq rekordunu qırmış olacaq.
Qeyd edək ki, "Barselona" bu həftə Çempionlar Liqasında evdə "Benfika", La Liqada isə səfərdə "Betis"lə qarşılaşacaq.
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı