Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən çempionatın XV tutunda “Qəbələ” doğma divarlar arasında “Bakı”ya 1:0 hesabilə qalib gəlib.
Qol.Az-ın məlumatına görə, bu qələbə ilə arxada qoyduğumuz 14 tur ərzində məğlubiyyət acısı dadmayan paytaxt təmsilçisinin uğurlu seriyasına son qoyulub.
Matçdan sonra klubun rəsmi saytına danışan “Qəbələ”nin əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Luis Araqon “Bakı” ilə matçın çətin olacağını bildiklərini, amma öncədən qələbəyə inandıqlarını bildirib:
“Rəqibimiz öncədən göstərdiyi oyunla və qazandığı qələbələrlə hansı səviyyədə olduğunu nümayiş etdirmişdi. Çətin və gərgin oyun olacağını bilirdik. “Bakı” ilə ilk oyun da maraqlı alınmışdı. Lakin həmin oyunda məğlubiyyətlə barışmalı olmuşduq. Bu matçda komandanın hər bir üzvü qələbəyə inanırdı və nəticədə biz istədiyimizi əldə etdik.”
İspaniyalı mütəxəssis hər keçən gün komandasının inkişaf etdiyini və görmək istədikləri sistemə uyğunlaşdıqlarını söyləyib:
“İlk gündən məqsədimiz komanda oyunu nümayiş etdirmək, meydançada komanda şəklində hərəkət etməkdir. Heyətdəki futbolçular artıq bunu gözəl başa düşür və verdiyimiz tapşırıqları yerinə yetirmək üçün bacarıqlarını və güclərini ortaya qoyurlar. Son oyun da göstərdi ki, biz komanda oyunu oynayırıq və belə oyun sayəsində istədiyimiz nəticələri əldə edə bilərik. “Qəbələ” Futbol Akademiyasında da futbolçulara eyni fəlsəfə aşılanır. Bu da gənc futbolçuların komandamıza uyğunlaşması problemini aradan qaldırır”.
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı