Ötənlərin məşhur futbolçusu Hakan Şükür Türkiyə Böyük Millət Məclisindəki (TBMM) deputat mandatını itirə bilər.
Ədalət və İnkişaf Partiyasının İstanbuldan seçilmiş millət vəkili seçim qarşısında qalıb. TBMM Etika Komissiyasının hazırladığı layihəyə əsasən, millət vəkillərinin əlavə ödənişli iş görmələrinə qadağa qoyulacaq. Bura özəl sektor da daxil ediləcək. Beləliklə, millət vəkilləri köşə yazarlığı, televiziya proqramının aparıcısı və idman şərhçisi kimi işlərdə çalışa və əmək haqqı ala bilməyəcəklər.
İndi Şükür ya özəl telekanalların birində idman verilişinin şərhçisi kimi çalışmaqdan, ya da deputat mandatından imtina etməlidir. Başda o, olmaqla ikinci işdə çalışan millət vəkilləri qanun qüvvəyə mindikdən 3 ay sonra əlavə ödənişli vəzifələrdən istefa verməlidir. Əks halda, onlar həbssiz deputatlıqdan məhrum ediləcəklər (Lent.az).
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı