Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində səfərdə "Turan"ın qonağı olacaq "Kəpəz" bu oyunun hazırlıqlarını davam etdirir.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, məşqə Andrey Kolesnikovun rəhbərliyi altında qaçış-isinmə hərəkətləri ilə başlayan komanda üzvləri sonradan topla çalışmalara keçiblər.
Yarım saata yaxın davam edən bu çalışmalar boyu baş məşqçi Mahmud Qurbanov fərqli tərzdə hərəkətlərlə, futbolçuların oyun zamanı ötürmələrdə bir-birlərini daha yaxşı başa düşməsi üçün öz göstərişlərini verib.
Hazırlıq zamanı bəzi oyunçular istisna olmaqla klub tam heyətlə məşq edib. Belə ki, əzələsində dartılma olan qapıçı Xəyal Zeynalovla qasıq nahiyəsində ağrılardan əziyyət çəkən gənc yarımmüdafiəçi Elvin Həsənəliyev həkim nəzarətində fərdi olaraq məşq ediblər. Zeynalovdan fərqli, Həsənəliyev hazırlığın əvvəlində komandaya qoşulsa da, ikitərəfli oyunda futbolçu yenidən fərdi halda hazırlaşıb.
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı