Londonun “Arsenal” klubunun baş məşqçisi Arsen Venger “Barselona”nın futbolçusu Lionel Messini fərdi göstəricilərinə görə 2012-ci il üçün FİFA-nın “Qızıl top” mükafatını almağa layiq olduğunu deyib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, mükafata digər iki namizəd – Kriştiano Ronaldo və Andres İnyestadan fərqli olaraq, Messi bu il komandası üçün daha faydalı olub.
“Qızıl top” Messiyə ən azı bu il vurduğu qollara görə verilməlidir. Amma əgər söhbət sırf komandanın göstəricilərindən gedirsə, o zaman mən Ronaldo və İnyesta arasında seçim edərdim” – deyə Venger bildirib.
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı