Avropa Liqasının qrup mərhələsində "Neftçi"nin rəqibi olan "Partizan" klubunun hücumçusu Aleksandr Mitroviç cəzalandırılıb.
Qol.Az-ın məlumatına görə, buna serbiyalı futbolçunun Bakıdakı oyunda "Neftçi"nin qapıçısı Saşa Stamenkoviçi təhqir etməsi səbəb olub.
Matçın 77-ci dəqiqəsində qırmızı vərəqə ilə meydandan qovulan Mitroviç sinirlərinə hakim ola bilməmiş və həmyerlisi Stamenkoviçə qarşı təhqiredici ifadələr səsləndirmişdi. Həmin insidenti araşdıran UEFA İntizam komitəsi Mitroviçə 4 oyunluq cəza kəsib. Bununla da, gənc futbolçu qrup mərhələsinin sonuncu oyunu çərçivəsində "Rubin"lə keçiriləcək oyunu buraxmalı olacaq. Mitroviç eyni zamanda Avroliqanın qarşıdakı mövsümlərində daha 3 oyunda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Neftçi" - "Partizan" oyunu 1:1 hesabı ilə nəticələnmişdi.
AFFA-da yeni təyinatlar
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər