"Los Angeles Qalaksi" klubunun futbolçusu Devid Bekhem 23 nömrəli forma altında çıxış etməsinin səbəbini açıqlayıb.
Qol.Az-ın məlumatına görə, ingilis futbolçu bu nömrəni Amerikanın məşhur basketbolçusu Maykl Cordonun şərəfinə geyindiyini bildirib:
"Mançester Yunayted"dən "Real"a transfer olarkən əvvəlki kimi 7 nömrəli formada çıxış etmək istəyirdim. Lakin həmin vaxt "Real"ın canlı əfsanəsi Raul Qonzalesdən bu nömrəni almaq mümkün deyildi. Ona görə 23 nömrəyə üstünlük verdim. Həmin nömrəni isə Amerikanın məşhur basketbolçusu Maykl Cordonun şərəfinə seçdim.
Onunla bir partidə tanış oldum və bir-birimizin telefon nömrələrini aldıq. Daha sonra Vaşinqtonda olarkən Cordona zəng etdim və ondan yaxşı italyan restoranının ünvanını soruşdum. Maykl mənə bir yer söylədi. Həmin restorana getdikdə isə artıq orada Cordonun bir zəngi ilə mənim üçün hər şey təşkil olunmuşdu. Bu, mənim üçün çox anlamlı idi. Məhz buna görə də 23 nömrəni seçdim".
AFFA-da yeni təyinatlar
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər