Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində "Simurq"u qəbul edəcək "Sumqayıt" klubu hazırlığını davam etdirir.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, səhər saatlarında Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşqə çıxan komandanın heyətində zədəli futbolçular yer alır.
Belə ki, Uğur Pamuk və Murad Doymuş zədə səbəbindən Zaqatala klubu ilə keçiriləcək görüşdə meydana çıxmayacaq. Samir Abasov və Məhəmməd Mirzəbəyov isə cəza səbəbindən bu oyunu tribunalardan izləyəcək. Zədəsini sağaltmış Aftandil Hacıyev, Orxan Əliyev, Ceyhun Sultanov və Murad Ağayev isə komanda ilə birlikdə məşqlərə başlayıb.
Qeyd edək ki, "Sumqayıt" - "Simurq" oyunu dekabrın 2-də, saat 14:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
AFFA-da yeni təyinatlar
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər