PFL mayın 29-da qalibləri mükafatlandıracaq

PFL mayın 29-da qalibləri mükafatlandıracaq
XƏBƏR 28 May 2009 / 17:44 2278
-  A +

Azərbaycan Çempionatının I Divizionunun mükafatçıları - "ABN-Bərdə", "Şahdağ" və "Anşad-Petrol" klubları mükafatlarına mayın 29-da qovuşacaqlar. Qol.Az-a PFL-in mətbuat xidmətindən verilən məlumata görə, bu münasibətlə cümə günü AFFA-nın inzibati binasında tədbir təşkil olunacaq. Saat 15.00-da aşlanacaq tədbirdə "ABN-Bərdə", "Şahdağ" və "Anşad-Petrol" klubları müvafiq olaraq qızıl, gümüş və bürünc medallara layiq görüləcəklər. Əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatının qaliblərinin mükafatlandırılması fərqli olacaq. Yarışın qalıbı - "Neftçi" klubuna medallar Respublika Olimya İdman Litseyində təqdim olunacaq. Saat 14.00-da isə AFFA-nın inzibati binasında "Qarabağ" klubuna gümüş, "Bakı"ya isə bürünc medallar veriləcək.


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner