İspaniya milli komandasının baş məşqçisi Visente Del Boske "ilin ən yaxşı məşqçisi" nominasiyasında seçimini açıqlayıb.
Qol.Az-ın məlumatına görə, "Terra"ya danışan Del Boske "ilin ən yaxşı məşqçisi" yarışında "Barselona"nın sabiq çalışdırıcısı Pep Qvardiolaya səs verdiyini bildirib:
"Səsimi Qvardiolaya verdim. Çünki o İspaniya futbolu üçün çox şey edib. Pep bizim üçün önəmli insandır. Ümid edirəm ki, o qısa zamanda yenidən işinə qayıdacaq. Bilirəm ki, Qvardiola futbola bağlı biridir. Onu yenidən iş başında görmək yaxşı olardı".
Qeyd edək ki, "ilin ən yaxşı məşqçisi" mükafatına 3 namizəd var. Visente Del Boske ilə yanaşı, Joze Mourinyo və Pep Qvardiola da bu mükafata uğrunda mübarizə aparacaqlar.
AFFA-da yeni təyinatlar
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər