Avroliqanın qrup mərhələsində son oyununu keçirəcək Bakının “Neftçi” klubu İtaliyaya dekabrın 5-də yollanacaq.
Qol.Az-ın məlumatına görə, "ağ qaralar" “İnter”lə oyuna 1 gün qalmış səfərə çıxacaqlar.
"Neftçi"nin çarter reysi ilə saat 10:00-da Milana yola düşəcəyi gözlənilir. Təmsilçimizi aparacaq təyyarə İtaliyaya 4 saatlıq yol qət edərək, Varezi şəhərində enəcək. Daha sonra avtobusla Milana 1 saatlıq yol qət edəcək “Neftçi” bu şəhərdə beş ulduzlu “Ramada” otelində qalacaq.
Artıq “Neftçi”nin məşhur “Cüzeppe Meazza” stadionda məşq vaxtının və mətbuat konfransının vaxtı da müəyyənləşib. Bakı vaxtilə saat 21:30-da jurnalistlər önünə çıxacaq "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev bundan 30 dəqiqə sonra "İnter"lə oyunun hazırlığına start verəcək. “İnter”in açıq məşqinin isə bundan sonra olacağı gözlənilir.
Qeyd edək ki, “İnter” - “Neftçi” matçı dekabrın 6-da, Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.
AFFA-da yeni təyinatlar
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video