Avroliqanın qrup mərhələsinin V turundan təxirə salınan “Hapoel” (Kiryat Şmona, İsrail) – “Atletik” (İspaniya) matçı nəhayət ki, baş tutub.
Qol.Az-ın məlumatına görə, İsraildə keçirilən oyun qonaqların qələbəsi ilə başa çatıb.
Fasiləyə 1:0 hesabı ilə üstün yollanan Bilbao təmsilçisi ikinci hissədə daha bir dəfə fərqlənməklə görüşdən qalib ayrılıb - 2:0.
Qeyd edək ki, Avroliqada ilk qələbəsini qazanan "Atletik" 4 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Hapoel" isə 2 xalla turnir cədvəlinin sonuncu pilləsinə yuvarlanıb.
Xatırladaq ki, "Hapoel" - "Atletik" matçı noyabrın 22-də keçirilməli idi. Lakin İsraildə bir avtomobil terminalında güclü partlayışın baş verməsi bu matçın təxirə salınmasına səbəb olmuşdu.
AFFA-da yeni təyinatlar
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video