"Ümumiyyətlə komandamdan razı qaldım. Kubok oyununa görə bəzi gənclərə də bu görüşdə yer vermişdim. Əsas heyət oyunçularından bir neçəsinə istirahət verdim".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi Bojidar Bandoviç "Sumqayıt"la kubok matçından sonra (3:1) keçirilən mətbuat konfransında deyib.
Bandoviç gələcək oyunlarda da gənc futbolçulara şans verəcəyini bildirib: "3:0 hesablı nəticədən sonra bir sıra yerdəyişmələr etdim. Ümumi götürəndə oyundan razıyam. Əvəzedicidən 3-4 oyunçuya şans verdim. Bundan sonra gənclər üçün də fürsət yaradacağam".
AFFA-da yeni təyinatlar
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video