Braziliyanın canlı əfsanəsi Ronaldo Almaniya millisinin hücumçusu Miroslav Klozenin onun rekordunu qırma ehtimalının olduğunu bilidirib.
Qol.Az-ın məlumatına görə, dünya çempionatlarında ən çox qol vuran (15) Ronaldo uzun müddətdir ki, bu siyahısına başçılıq edir.
Lakin Ronaldo Klozenin onu geridə qoyacağından narahat olduğunu bildirib: "Bəli. Klozenin məni keçmək ehtimalı var. Bu məni az da olsa, narahat edir. Lakin əgər Kloze məni keçərsə, onu qısqanacaq deyiləm. Çünki o hələ də futbolçu karyerasına davam edir. Mən isə artıq futbolla vidalaşmışam. İkimizin də fərqli tariximiz var. Mənim tarixim çoxdan yazılıb".
Qeyd edək ki, M.Kloze indiyədək dünya çempionatında 14 qol vurub. O, "DÇ-2014"də 2 top daha vurarsa, Ronaldonun rekordunu qıracaq.
AFFA-da yeni təyinatlar
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video