Ziko istefa verdi

XƏBƏR 28 Noyabr 2012 / 14:13 1966
-  A +

Braziliyanın əfsanəvi oyunçularından olan, bir ilə yaxındır İraq milli komandasının baş məşqçisi işləyən Artur Ziko vəzifəsindən istefa verib.

Qol.Az-ın məlumatına görə, braziliyalı mütəxəssis istefasına səbəb kimi İraq Futbol Federasiyasının maddi öhdəlikləri yerinə yetirməməsini göstərib.

Qeyd edək ki, A.Ziko 2011-ci ildən İraq milli komandasında çalışırdı. Bu vaxt ərzində onun komandası 21 qarşılaşmada 10 qalibiyyət, 6 bərabərlik və 5 dəfə məğlubiyyətlə üzləşib.

Son xəbərlər