UEFA İntizam Komitəsi Ukraynanın “Şaxtyor” klubunun futbolçusu Luis Adrianonu cəzalandırıb. Qol.Az-ın məlumatına görə, braziliyalı hücumçu Danimarka “Nordşelland”ı ilə Çempionlar Liqası matçında “fair-play” prinsipini pozduğu üçün bir matçlıq diskvalifikasiya olunub.
O, sonuncu turda İtaliya “Yuventus”una qarşı ev oyununu buraxmalı olacaq. Eyni zamanda “sambaçı” bir gününü futbol ictimaiyyətinin xidmətində keçirəcək.
Qeyd edək ki, Luis Adriano “Nordşelland”la görüşün 26-cı dəqiqəsində topu rəqibə vermək əvəzinə qapıçı ilə təkbətək çıxıb və qol vurub. Görüş “Şaxtyor”un qələbəsi ilə nəticələnib. “Yuventus”la qarşılaşma dekabrın 5-də Ukraynanın Donetsk şəhərindəki “Donbass Arena”da baş tutacaq.
AFFA-da yeni təyinatlar
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video