Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində AZAL-ın qonağı olacaq "Simurq" qarşılaşmanın oynanılacağı arenada məşqə çıxıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yağışlı hava şəraitində keçən hazırlıq prosesində komanda tam heyətlə məşq edib.
Georgi Çixradzenin yetirmələri əvvəlcə fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında isinmə hərəkətlərini yerinə yetirib. Daha sonra isə qapıya zərbələr və iki tərəfli oyunla hazırlığı tamamlanıb. Bundan sonra "sarı-qaralar" istirahətə çəkilərək qarşılaşmanın başlama vaxtını gözləməyə başlayıb.
Qeyd edək ki, "Simurq" buna qədər də Azərbaycan kuboku çərçivəsində AZAL-la üz-üzə gəlib. 3 il əvvəl görüşən rəqiblərin qarşılaşmasında qapılara qol vurulmayıb. Həmin vaxt qalib penaltilər seriyası sayəsində müəyyənləşib. O zaman "Olimpik-Şüvəlan" adı ilə çıxış edən AZAL penaltiləri daha dəqiq yerinə yetirərək turu adlayan tərəf olub.
Xatırladaq ki, AZAL - "Simurq" oyunu bu gün, saat 17:45-də başlayacaq.
Osimhen əməliyyat olundu
Tudoru o əvəzləyə bilər
Qrizmann bu kluba keçir
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"
"Tottenhem"dən ağır məğlubiyyət
Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video
Nəriman ilk oyunundan paylaşım etdi - Şəkillər
Sonuncu pillədə yer alan klubda yeni baş məşqçi təyinatı
"Barselona" liderliyini möhkəmləndirdi
"Mançester Siti" final matçına itki ilə çıxacaq
Azərbaycan millisinin yekun heyəti açıqlandı
İrqçi təhqirlərə görə Premyer Liqa matçı dayandırıldı
"Barselona" futbolçularından sabiq ulduza ad günü jesti
Kökçünün komandası yenə uduzdu
Bakıya gələ bilməyən millinin baş məşqçisi istefa verdi