Sabah Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçiriləcək. Öz meydanında “Qaradağ Lökbatan”ı qəbul edəcək “Qəbələ” tarixində 7-ci dəfə ölkə kubokunda mübarizəyə başlayacaq.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, noyabrın 28-də Qəbələdə baş tutacaq qarşılaşma rəqiblər arasında 2-ci oyun olacaq.
Heç vaxt Premyer Liqada oynamayan I divizion təmsilçisi ilə ilk görüş də Azərbaycan kubokunda keçirilib. Həmin vaxt “Qaradağ Lökbatan” hələ “Neftçi” İSM adını daşıyırdı. Bu 2010-cu il dekabrın 10-da olub. 2010/11 mövsümünün 1/8 final mərhələsinin qarşılaşmasında 2 cavabsız qol vuran “Qəbələ” qonaqları mübarizədən kənarlaşdırmışdı. 2 ildən sonra fərqli adla “Qəbələ”nin qonağı olacaq aşağı dəstə təmsilçisi yenə 1/8 finalda eyni rəqiblə görüşəcək.
“Qəbələ” tarixində 7-ci dəfə Azərbaycan kubokunda aşağı dəstə təmsilçisi ilə üz-üzə gələcək. Komandanın özü birinci dəstədə oynadığı 2005/06 mövsümündə güclülər dəstəsi klubları ilə görüşmüşdü. Yüksək dəstəyə çıxdıqdan sonra isə 4 dueldə “birincilər” “Qəbələ”yə qarşı 6 oyun keçirib.
Aşağı dəstə təmsilçiləri ilə matçlarda komanda rəqiblərinə heç bir şans verməyib. 6 oyunda 6 qələbə qazanmaqla 100 faizlik nəticə göstərən “Qəbələ” top fərqində də böyük üstünlük əldə edib. Belə ki, buraxılan 2 qolun əvəzində 10 qat artıq 20 top vurulub. Özü də 2006-cı ildən sonra “birincilər” Qəbələ təmsilçisinin qapısına yol tapa bilmir.
2006/07 12.09.2006 1/16 final Şahdağ (Quba) - Gilan (Qəbələ) 2:5
2006/07 16.10.2006 1/16 final Gilan (Qəbələ) - Şahdağ (Quba) 6:0
2007/08 26.09.2007 1/16 final MOİK (Bakı) - Qəbələ 0:2
2007/08 03.10.2007 1/16 final Qəbələ - MOİK (Bakı) 2:0
2010/11 08.12.2010 1/8 final Qəbələ - Neftçi İSM (Bakı) 2:0
2011/12 30.11.2011 1/8 final Qəbələ - Neftçala 3:0
Yarandığı 2005-ci ildə birinci dəstə təmsilçisi kimi kuboka qatılan komanda indiyədək 6 mövsüm bu yarışda çıxış edib. 2 dəfə yarımfinal, 2 dəfə ¼ finaladək irəliləyən “Qəbələ” cəmi 2 dəfə 1/8 finalda dayanıb. Ümumilikdə isə bu turnirlərdə 30 matç keçirən komanda 15-ci – yubiley qələbəsinin astanasındadır.
2005/06 4 2 1 1 6-1 7 1/8 final
2006/07 4 2 0 2 11-5 6 1/8 final
2007/08 8 3 3 2 10-8 12 1/2 final
2008/09 6 4 1 1 8-8 13 1/2 final
2009/10 2 1 0 1 1-2 3 1/8 final
2010/11 3 1 1 1 2-1 4 1/4 final
2011/12 3 1 2 0 5-2 5 1/4 final
30 14 8 8 43-27 50
6 mövsüm ərzində “Qəbələ”ni kubok oyunlarına 4 baş məşqçi çıxarıb. Burada bütün göstəricilərdə rekord indiki baş məşqçi Ramiz Məmmədova məxsusdur. O, digər çalışdırıcılarla müqayisədə həm oyun, həm qələbə, həm vurulan top sayında öndədir.
Faiq Cabbarov 6 4 1 1 17-3 13
Ramiz Məmmədov 18 8 4 6 19-21 28
Toni Adams 3 1 1 1 2-1 4
Fatih Kavlak 3 1 2 0 5-2 4
30 kubok oyununda 97 futbolçunun şərəfini qoruduğu “Qəbələ”nin yalnız 6 futbolçusu 10 və daha çox matça çıxıb. Burada rekord Samir Zərgərova məxsusdur – 15 oyun.
Samir Zərgərov 15
Azər Həşimov 13
Turnike Aptsiauri 12
Əli İsmayılov 11
Rəhman Əzizov 10
Elnar Kərimov 10
Azərbaycan kubokunda “Qəbələ”nin ən yaxşı bombardiri Kənan Kərimovdur. Onun hesabında 7 qol var. Ümumilikdə isə 24 futbolçu “Qəbələ”nin kubok oyunlarındakı qollarına imza atıb. Onlardan yalnız 7-si 1 dəfədən artıq fərqlənib.
Kənan Kərimov 7
Vüsal Qarayev 5
İbrahim Hüseynov 4
Samir Zərgərov 3
Abdulkader Kamara 2
Rövşən Vəliyev 2
Serge Cehua 2
“Qəbələ”nin kubok oyunlarında 2 avtoqol qeydə alınıb. MOİK-in üzvü Natiq Qasımov öz komandasının qapısına qol vurub. “Qəbələ”nin üzvü İrakli Vaşakidze isə “Xəzər Lənkəran”la matçda rəqibi sevindirib.
Azərbaycan kubokunun oyunlarında “Qəbələ” 11 komanda lə görüşüb. Daha çox oyun “Bakı” ilə baş tutub – 6 dəfə.
Qəbələ - MOİK (Bakı) 4 4 0 0 10 - 0
Qəbələ - Turan (Tovuz) 2 1 1 4 - 3
Qəbələ - AZAL (Bakı) 4 2 1 1 3 - 3
Qəbələ - Şahdağ (Quba) 2 2 0 0 11 - 2
Qəbələ - Neftçala 1 1 0 0 3 - 0
Qəbələ - Qaradağ-Lökbatan 1 1 0 0 2 - 0
Qəbələ - Simurq (Zaqatala) 2 1 0 1 2 - 2
Qəbələ - İnter (Bakı) 2 1 0 1 2 - 5
Qəbələ - Bakı 6 0 3 3 2 - 6
Qəbələ - Qarabağ (Ağdam) 2 0 2 0 2 - 2
Qəbələ - Xəzər Lənkəran 2 0 1 1 2 - 4
Qeyd edək ki, statistik göstəricilərdə penaltilər seriyası nəzərə alınmayıb, əlavə vaxt təyin olunan matçlarda isə 90 deyil, 120 dəqiqənin nəticəsi əks olunub.
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov