Mahmud Qurbanova ağır cəza

XƏBƏR 27 Noyabr 2012 / 14:13 1884
-  A +

AFFA İntizam Komitəsi “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanova ağır cəza kəsib.

Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, komitənin qərarında qeyd olunub ki, M.Qurbanov Premyer Liqanın XIV turunun “Kəpəz” – “Xəzər Lənkəran” matçının 79-cu dəqiqəsində hakimi təhqir edib.

Bu hərəkətinə görə həmin vaxt texniki zonadan kənarlaşdırılan gənc məşqçiyə beş oyunluq cəza təyin edilib, klub isə beş min manat cərimə olunub.


Qarabağ FK
Son xəbərlər
15.09.26  11:31

PSJ-də itki

15.09.26  09:45

8 həftə oynamayacaq

topaz banner