Fatih Terimdən qızına sevgi qadağası

Fatih Terimdən qızına sevgi qadağası
XƏBƏR 27 Noyabr 2012 / 13:12 2515
-  A +

İstanbulun “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim qızı Buse Terimə yeni tanış olduğu “Best Model 2012” müsabiqəsinin qalibi Berk Atanla münasibətləri dayandırmağı tapşırıb.

Qol.Az-ın internetspor.com saytına istinadən yaydığı xəbərə görə, bir müddət öncə başlanan bu münasibətə Fatih Terim çox əsəbiləşib. “İmperator”un nə üçün belə bir addım atdığı bilinmir.

Buse Terim özü twitter sosial şəbəkəsindəki səhifəsində Berk Atanla münasibətlərinin bitdiyini təsdiqləyib.

Qeyd edək ki, bu yazınlarda Türkiyənin maqazin mediası Berklə Busenin birlikdə gəzərkən çəkdiyi şəkilləri yayımlamışdı.


Son xəbərlər